"Bir çox yazıçı bu əngəli aşa bilmir, bunda ilişib qalır" - ƏDƏBİ SORĞU

Mədəniyyət 15:00 27.11.2023

Ednews tanınmış yazıçılara “Həyatınızda elə bir hadisə, əhvalat və ya mövzu olubmu ki, yazmaqdan utanasınız?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Seyran Səxavət:

"Söhbət hadisədən gedirsə, insanın dünyaya gəlməsi də bir hadisədir və onun sonrakı yaşayışı, keçirdiyi hislər də hadisədir. Onun mövqeyindən, peşəsindən asılı olmayaraq, bu belədir. Dünyada 50 milyon azərbaycanlı var və hər birinin ömründə müxtəlif hadisələr olub. Onlar bunun hamısını yazsaydı, 50 milyon Azərbaycan yazıçısı olardı. Ona görə də hadisə ədəbiyyat deyil. Mənim yaradıcılığımda hadisə üç faiz təşkil edir. Daha çox insanın hislərini, psixologiyasını yazmışam. Qaldı ki, utanc gətirən hadisələri yazmağa, istənilən mövzunu yazmaq olar, hətta ayıb bilinəni də. Bir şərtlə ki, yazdığını abır-həya və istedadla yazasan. O zaman heç kim buna pis baxmayacaq, ayıb saymayacaq".

Sevinc Elsevər: 

"Azərbaycan ədəbiyyatında qadın imzalar içində komplekssiz biri olaraq tanınmağıma baxmayaraq, bəli, yazmağa çəkindiyim mövzular olub deyə cavab verəcəm sualınıza. Təəssüf ki, bu belədir! Xüsusən qadınlarla bağlı bildiyim, müşahidə etdiyim çox şeyi yazmaqdan çəkindiyim olub. Bununla belə, çalışmışam ki, komplekslərimi aşım. Ölkəmizin insanları çox komplekslidirlər. Onları təəccübləndirmək çox asandı. Əvvəllər bu daha asan idi, söz yox. Məsələn, on-on beş il əvvəl hansısa qıcıq yaradan hadisəni işıqlandırırdın, aləm dəyirdi bir-birinə. Amma zaman keçdikcə bu mənim üçün də, adamlar üçün də çox adiləşdi. Demirəm, bütün oxucular üçün adiləşib. Amma bu həqiqətdir ki, artıq epataj xarakterli yazılar oxucuları tərpətmir. Azərbaycan oxucusu çox inanan və saf oxucudur. Həm də o cür tamaşaçıdır. Filmlərdə mənfi qəhrəmanın yaradıcısı olan aktyorları küçədə görüb danlayan, hətta döyən insanlar var. Yazıçı "mən"in dilində danışırsa, işi daha da çətindi. Oxucu bunu etiraf kimi qəbul edir, sənin özünü hədəfə çevirir. Qələm adamlarına da sirr deyil ki, “mən”in dilindən yazmaq daha rahatdı, asandı. Və üstəlik, şeirlərdə əsasən birinci şəxsin dilindən danışır şairlər. Bu mənada yazdığım xeyli cəsarətli mətnlər var. Amma təəssüflə etiraf edirəm ki, bəhs etməyə çəkindiyim bir çox mövzular var ki, onlardan qocalanda yazmaq niyyətindəyəm. Şərq ölkələrində qoca qadınlar az qınanılır. Onları başlı-başına buraxırlar. Məsələn, qoca qadın axşamüstü küçədə tində oturub damağında siqaret gəlib-gedənə göz qoya bilər. Gənc qadın bunu edəndə onu əxlaqsız belə adlandıra bilərlər. Dini və mental dəyərlərin basqısı olan cəmiyyətlərdə yazıçı axıra qədər səmimi ola bilmir. Nəinki qadınlar, kişilər də eyni problemi yaşayırlar".

Mirmehdi Ağaoğlu

"Təzə-təzə yazmağa başlayanda elə düşünürdüm ki, hər şeydən yaza bilərəm. Özümdə o təpəri hiss edirdim, sonra yazdıqca, təcrübəm artdıqca gördüm yox, elə şeylər var ki, yazmaq olmur, söz səni çəkmir. Buna görə də indi açıq-saçıq mövzular məni daha cəlb etmir. Düşünürəm ki, bunda yazıçının həyat tərzi, düşüncələri, yaşadığı cəmiyyətin də təsiri var. Misal üçün, götürək Frederik Beqbederi. Onun bir çox əsərləri olduqca açıq-saçıqdır, istədiyi mövzulardan yazır, cəsarətlidir. Amma gəlin baxaq görək bu adamın həyat tərzi necədir. Beqbederin bütün həyatı gecə barlarında, əyləncə yerlərində keçir, heroin iyləyir, həbsxanaya düşür. Yəni həyat tərzi nədirsə onu da yazır. Və ya Mişel Uelbek bitnik, səhv etmirəmsə həm də nudist (Nudizm əsasən Avropa ölkələrində geniş yayılmışdır. İnsanların çılpaq formada hərəkət etməsidir. Almaniyada xüsusi nudist çimərlikləri və idman zalları fəaliyyət göstərir ki, burada insanlar tam çılpaq formada gəzir, söhbətləşir və əylənirlər) ata-ananın oğludur. Buna görə də onun “Elementar hissəciklər” əsərində anasının təsadüfi əlaqələrindən yazması təbii görünür. Ömrü boyu bar piştaxtalarında içib sərxoş olan, başı davalardan ayılmayan, gününü təsadüfi qadınlarla keçirən Bukovskinin də əsərlərində açıq-saçıqlığa meyl etməsi təbiidir. Bu nümunələri nəyə görə misal çəkdim? Yazıçının həyat tərzi, düşüncəsi nədirsə əsərlərində də istər-istəməz o ştrixlər özünü göstərir. Bunları süni, qondarma yolla edəndə isə təbii ki, o dəqiqə saxtalığı hiss olunur. Amma ümumilikdə götürəndə yazıçılar üçün hər zaman tabu olan, aşmağa çətinlik çəkdiyi mövzular ailə məsələləri ilə bağlı olur. Bir çox yazıçı bu əngəli aşa bilmir, bunda ilişib qalır. Düşünürəm ki, bunları da yazmaq olar, amma bunun üçün gərək müəyyən bir mənəvi evolyusiya keçəsən, mənən bu cür şeyləri yazmağa, onları sözə çevirməyə hazır olasan ki, sonra yaza biləsən".

Cavid Zeynallı

"Olub, əlbəttə, belə şeylər olub. Bu cür situasiyalar hər bir yazıçının həyatında olur. Məsələn, bizim kəndlə bağlı, rayondakı qonşularımızla bağlı, ədəbi mühitimizlə bağlı elə faktlar olub ki, yazmaq istəmişəm, amma qarşımı kəsən səbəblər olub. Əxlaqi və mənəvi baxımdan keçə bilməmişəm. Bilmirəm, bunu yazıçıya bağışlamaq olar, ya yox, hər halda, fakt belədir. Xatırlayıram ki, "Günəşi gözləyənlər" romanında universitetlə bağlı bir neçə məsələ var idi, onun bir hissəsini yazdım, bəzilərini saxladım. İstəmədim yazım".

Oğuz 

 

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı