Azərbaycan dilində yazılan kitablara maraq niyə azdır? - ƏDƏBİ SORĞU

Mədəniyyət 17:45 04.12.2023

Azərbaycan dilində yazılan kitablara marağı olduqca azdır və yaxud ümumiyyətlə, yoxdur. Bəs buna səbəb nədir? Niyə Azərbaycan dilində yazılan, çap olunan, yaxud dilimizə tərcümə olunan əsərlərə maraq aşağı səviyyədədir?

Ednews bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Səfər Alışarlı:

"Bu gün Azərbaycan dili ailədə pulsuz, bir az da nasaz kişi kimidir. Onu nə "iqnor" etmək olur, nə də öz başçı təyinatı üzrə kullanmaq. Səbəb sırf siyasi-iqtisadidir. İngilis, hətta rus dili də bizim "kişini" üstələyir.  Azərbaycan dövləti işə götürdüyü kimsəsiz adamlardan xarici dil bilgisini əsas şərtlərdən biri kimi irəli sürur. Əhalinin 98%-inin kimsəsizliyini nəzərə alsaq, ölkəmizdə xarici dillərə kölə pərəstişi və sitayişinin səbəblərini dəqiq görərik. Dilimizin əhatə coğrafiyası məhduddur. Biz hələ heç dilimizin adını özünə qaytara bilmirik, o da qala ona hörmət və pərəstişi. Amma indi dövlət dilimiz 30 il bundan əvvəlki manqurtlaşma dövrü ilə müqayisədə çox böyük irəliləyişlərə nail olub. Bakı şəhərində indi 1000 nəfərdən biri rusca danışır. O vaxt bu nisbət 2 nəfərdən biri idi. Əminəm ki, Türk birliyinin yaranması ortaq türk dilimizin də inkişafına böyük təkan verəcək və onda hər şey yaxşı olacaq. Kitaba gəldikdə demək lazımdır ki, buradakı acınacaqlı vəziyyət də məhz iqtisadi-siyasi amillərə bağlıdır.  Məsələn, dilçilik institutu var. Bu idarə dilimizin funksionallığının artırılması yolunda heç bir əməli iş görmür. Halbuki, institut bu gün ən çox iş görən bir qurum olmalıdır. Olmur".

Rasim Qaraca:

"Bunun tam belə olduğunu deməzdim, kitabları yüksək tirajla çxan və satılan müəlliflər var. Elxan Elatlı, Varis, Rövşən Abdullaoğlu və s. Əsasən detektiv və sevgi romanları daha çox maraq görür. Kitaba marağın son illərdə artdığını demək olar. Lakin bununla bərabər, Türk dilində ədəbiyyat Azərbaycan bazarında özünə daha çox yer edir, belə demək olarsa Azərbaycan dilində ədəbiyyatını sıxışdırır. Bu da təbii prosesdir, Türk dili bizim öz dilimizdir, bizim üçün alternativ ədəbi dil formatıdır. Mən bunda təhlükəli nəsə görmürəm. Əlbəttə, Azərbaycan dilinin öz üstünlüyünü qorumasını hər birimiz istəyirik, lakin qloballaşma prosesində bu mümkün deyil, Azərbaycan türkcəsi zamanla Türkiyə türkcəsi ilə əvəzlənəcək. Bu gün danışdığımız dil artıq 30 il bundan öncə danışdığımız Azərbaycan dili deyil. Bu gedişlə bir 30 il də keçəndən sonra mənzərə daha da fərqli olacaq".

Sevinc Elsevər:

"Millət olaraq özgüvənimiz azdır. Düşünürük ki, biz heç nəyi bacarmarıq. Yazmağı da həmçinin. Türklərin ən zəif, sentimental kitablarını alıb oxuyurlar, öz yazarlarımızı oxumurlar. Necə demişlər, "yada yalaq, qohuma dalaq". Dəyişən deyil. Hər zaman belə olacaq. Bəlkə millətdə yaxşı pul olsa yerli ədəbiyyata da pul xərclər. Ancaq qırx ilin başında bir dənə kitab alan adam fikirləşir ki, Oğuz Ayvazın kitabını alınca, Özdəmir Asafı alım. Görən də desin ki, xarici ədəbiyyat oxuyuram. Tərcümə olunan kitabları oxuyurlar azərbaycanca oxuyanda da. Milli ədəbiyyata yad münasibət var.  Uşaq ədəbiyyatı alanda da üstünlüyü xarici ədəbiyyata verirlər. Hətta sərgilərdə, yarmarkalarda valideyn görüb ki, yerli yazardır, oturub kitab imzalayır. Onun üçün bir qram dəyəri olmayıb ki, uşağına imzalı kitab alsın, bir xatirə yadigar qoysun övladına. Xarici ədəbiyyat alıb. Bu gün ana dilində yazılan mətnlərə, ədəbiyyata marağın olmaması ona aparıb çıxaracaq ki, axırda bu dildə danışan tapılmayacaq. Türkiyə türkcəsində danışır böyük-kiçik onsuz da".

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı