“Warner Bros.” kinostudiyası tərəfindən ekralaşdırılan “Elf” filmi 20 il sonra dekabrın 8-də yenidən ABŞ kinoteatrlarında yayımlanacaq.
Ednews xarici mediaya istinadən xəbər verir ki, amerikalı ssenarist David Berenbaum tərəfindən yazılmış film ilk dəfə 2003-cü ildə nümayiş olunub.
"Elf" Milad ərəfəsində səhvən Şaxta babanın hədiyyələr çantasında Şimal qütbünə aparılan və elf kimi böyüdülən gənc, kimsəsiz uşağın hekayəsindən bəhs edir.
Əsas rolları Vil Ferrell və James Kaan canlandırıb.
Oğuz