Ednews yazarlar və şairlər arasında sorğu keçirib. Azərbaycan ədəbiyyatında ən parlaq dövr hansı idi və nəyə görə?
Cavabları təqdim edirik:
Yazıçı Fəxri Uğurlu:
“Ötən əsrin 70-80-ci illəri ədəbiyyatımız üçün parlaq dövr idi, çünki həm yaxşı əsərlər yazılırdı, həm də o əsərlər kütləvi tirajla nəşr olunur, oxunurdu”.
Şair Ramiz Qusarçaylı:
“80-cilər dövrü. Saf, təbii, təmənnasız idi. Müəlliflər, əsərlər, kitablar sarı buğda kimi dən-dən idi. Riyakarlıq, qrupbazlıq, yarınmaq yox idi. Ədəbi əxlaq dəyər, dəyər istedad idi. Ədəbiyyata dəstəylə yox, bir-bir gəlib bir-bir qaldılar”.
Şair Rəbiqə Nazimqızı:
“Düşünürəm ki, ən maraqlı dövrlər 1980-ci illərin sonu - 2000-ci illərin əvvəlləri idi. İmzalar çox idi, maraqlı idi, yeni və fərqli üslubda şeirlər yazılmağa başlamışdı, ənənəvi şeirə və dünya şeirinə söykənən sintez vardı və bu sintez, üstəgəl müstəqillik havası xeyli maraqlı imzalar ortaya çıxardı. İndi imza çoxdu, amma fərqli, adamı heyrətə salan şeir az yazılır”.
Yazar Sevinc Elsevər:
“Bütün dövrlərin öz parlayan ulduzları olub Azərbaycan ədəbiyyatında. Bəziləri tez sönüb, bəziləri sönməz olub, bəziləri hələ sönəcəklər. Konkret bir zaman dilimindən danışmaq çətindir”.
Oğuz