Ürəyi sağda olan, oğluna görə şəkər xəstəliyi tapan Xalq şairi - Maraqlı faktlar

Mədəniyyət 12:00 13.02.2024

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür. Ednews mərhum şair haqda maraqlı faktları təqdim edir.
 
Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 
 
1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır.
 
***
 
Bir dəfə Dövlət Televiziyasına qonaq gedərkən “Cırtdan” studiyasının adının “Djırtdan” yazıldığını görüb və hirslənərək etiraz edib. Bundan sonra adı düzəldiblər.
 
Şairin “Bir salama dəymədi” adlanan ən məşhuru sevgi şeiri ünvanlı imiş. Əhvalat belə olub: Bir zamanlar sevgili olub sonra ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə bundan çox təsirlənib və şeiri yazıb. Özü bu şeiri məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə bəyənirsə sonralar nəinki özü şeiri oxumur, başqalarının deməsinə də icazə vermir.
 
***
 
Bəxtiyar Vahabzadə 20 Yanvar hadisələrinə görə general Dubinyakın üzünə tüpürüb. Bu hadisə o vaxt heyrətlə qarşılanıb və şairin cəsarəti əfsanəyə çevrilib.
 
***
 
Etdiyi səhvə görə 35 yaşlı oğlunu şillə ilə vurub. Oğlu bu haqda danışanda deyib: “Atam bir şilləylə məni yerə sərəndə açığı təəccübləndim. Sevindim həm də. Çünki atamın bu qədər güclü olduğunu təsəvvür etməzdim”.
 
***
 
Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan sonra şəkər xəstəliyi tapıb.
 
***
 
Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblər. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulub.
 
***
 
Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim dəhşətə gəlib. Rentgendən keçəndən sonra üzünü şairə tutub:
 
- Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.
 
Bəxtiyar Vahabzadə gülümsünüb:
 
- Ürəyim var, ancaq sağdadır.
 
Həqiqətən şairin ürəyi sağda idi.
 
***
 
Nəsiminin məşhur misrasına mübahisəli düzəlişi o edib. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını daha rahat izah etmək üçün “Məndə sığar ikən cahan...” kimi deyib və bununla da qəzəl belə deyilməyə başlayıb.
 
***
 
O, həyat yoldaşını Sabir bağında təsadüfən anasıyla görüb, bəyənib və elçi göndərib. Razılıqdan sonra evləniblər. Onda Bəxtiyar müəllimin 25, qızın 17 yaşı vardı.
 
***

Onun yazdıqlarından özünə qarşı istifadə ediblər. Məsələn, poemalarının birində oxucu kitabxanaçıdan kitab soruşub:
 
“Namus”u yoxdurmu Şirvanzadənin?”
 
Məlumdur ki, oxucu kitabxanaçıdan erməni yazıçı Şirvanzadənin “Namus” kitabını istəyib. Amma şairi millətçilikdə ittiham etmək istəyənlər yazıb ki, guya Vahabzadə böyük erməni yazıçısı Şirvanzadənin namusu olub-olmadığını şübhə altına alıb.
 
***
 
Oğlu onun ölüm xəbərini İstanbulda televizordan eşidib.
 
***
 
Yeri gəlmişkən, Bəxtiyar Vahabzadə Türkiyədə ən çox tanınan Azərbaycan şairidir. Onu nəinki mərkəz şəhərlərdə, hətta Türkiyənin əyalətlərində də tanıyırlar.
 
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı