Əsl ədəbiyyat niyə kənarda qalır? - Oğuz Ayvaz yazır...

Mədəniyyət 11:30 04.04.2024

Ədəbiyyatın və cəmiyyətin seçimi hər zaman eyni olmur. Eynən insanların zövqü kimi bunu müəyyənləşdirmək çətindir. Bayağı olmaq zövqsüz olmaqdır. Zövqlü insan seçim edə bilir. Bayağı insan isə nə versən onu da qəbul etməyə hazırdır. Kiçik bir misalla bunu aydınlaşdırmaq olar: bir adam əgər “Səfillər”i də, “Yarpaq dökümü”nü də oxuyub onları müqayisə etmədən şedevr hesab edirsə artıq onun bayağı olduğu ortaya çıxır. Bu artıq zövq məsələsi deyil. 

Ədəbiyyat onun həndəvərində fırlanan “yazıçı” və “şairlər”i özünə yaxın buraxmır. Onlar elə düşünürlər ki, yaratdıqları ədəbiyyatdır, ancaq bu heç də belə deyil. 

Məsələn, Azərbaycan ədəbiyyatında Əli Vəliyev, Süleyman Rəhimov, çağdaş dövrdə isə Varis, Elxan Qaraqan, Elxan Elatlı, dünya ədəbiyyatında Den Broun, Poelyo Kohelyo, Elif Şafak və başqaları yalnızca yaza bilirlər. Onların ədəbiyyat olması mübahisəli məsələ də deyil. Birbaşa deyirik: bunlar ədəbiyyat ola bilməz. O zaman haqlı olaraq oxucu belə bir sual verə bilər: Bəs onları oxuyan minlərcə insan var, necə ola bilər, bu adamları ədəbiyyat hesab etməyək?

Cavab veririk: bəli, onları əksəriyyət oxuyur, qəbul eləyir, hətta mükafatlara belə onlar təqdim olunur, yalnız onları tanıdırlar. Ancaq ortaya bir sual çıxır: hər təqdim olunan ədəbiyyatdır? Qətiyyən. 

Çexovun yanına bir gün gənc bir dramaturq (ona belə demək mümkünsə) gəlir. Əlindəki qovluğu yazıçıya uzadır və ona belə deyir:

 - Bu yazdığım pyeslərdi. Sizin oxumağınızı çox istəyərdim. Bu mənim üçün önəmlidir. 

Çexov razılaşır. Aradan bir xeyli vaxt keçir. Gənc Çexovun yanına gəlir.

- Oxudunuzmu? – deyə yazıçıdan sual edir.

- Yaxşı deyildi. Bunlar ədəbiyyat deyil.

Gənc pərt halda qovluğunu qoltuğuna vurub çıxıb gedir. Çexovun yanındakı dostu təəccüblə onnan soruşur:

- Anton Pavloviç, axı, o gənc sizə qovluğunuzu təqdim edəndə mən sizin yanınızdaydım. O gündən sonra biz bütün günü şahmat oynamışıq. Siz heç qovluğa belə baxmadınız. Niyə ona yazdıqlarının zəif olduğunu dediniz? Bunu hardan bildiniz?

Çexov tövrünü pozmadan cavab verir:

Onun yazıçı fizionomiyası yox idi...

Yazmaq, kitab çıxarmaq, oxunmaq, təriflənmək ədəbiyyat meyarı deyil. Demək, bu yazıçıların üzdə olmasına səbəb cəmiyyətdir. İnsanların onu qəbul etməsi onları sevimli yazıçı halına salıb. Ancaq kənarda qalmış, boynu-bükük ədəbiyyat onları qəbul etmir. Cəmiyyət hər zaman yanıla bilər, ancaq ədəbiyyat heç vaxt. Ədəbiyyatın gözündən yayınan yazıçı, şair ola bilməz. Cəmiyyət isə hər dövr belə bir səhvə yol verər.

Ədəbiyyatın isə yanılmaq şansı belə yoxdur. O sənəti də, çürük qozu da ayırd edə biləcək qədər adildir. Hələ bu günə qədər ədəbiyyatın yanıldığının şahidi olmamışam. Kölgədə qalan yazıçıları, şairləri həmişə dövlət və cəmiyyət üzə çıxarmır. Ancaq onlar ədəbiyyatdadırlar və onların olması da ədəbiyyat deməkdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı