Şahdağda daha 2 əyləncə məkanı yaradılıb. “Şahdağ” Turizm Mərkəzində bu il qış əyləncələri sırasına atıcılıq və buz meydançasında konki sürmə əlavə olunub. Bu barədə Turizm.fins.az-a Mərkəzdən məlumat verilib.
Buz meydançası axşam saat 6-dan gecə saat 12-yə kimi fəaliyyətdə olur. Ümumi ərazisi 510 kv.metrdir. Atıcılıq poliqonu isə səhər saat 10-dan axşam saat 5-dək fəaliyyətdə olur. Poliqonun ümumi sahəsi 600 kv.metrdir.
Qiymətlərə gəlincə isə buz meydançasında 10 dəqiqə konki sürmək 5 manat, 20 dəqiqə konki sürmək isə 10 manatdır.
Atıclıq poliqonundə atəş açmaq istəsəz isə bir ədəd güllə üçün 1.20 manat ödəməli olacaqsız.