Zod və digər qızıl mədənlərinin fəaliyyəti yaxın illərdə ölkə iqtisadiyyatına yarım milyarda qədər gəlir verə bilər ekspert

İqtisadiyyat 14:24 04.12.2020

Çox zəngin filiz yataqları olan və bu filizlərin istismarında iki yüz ilə yaxın tarixi təcrübəsi olan Azərbaycanın bu zənginliyi hər zaman bu torpaqlarda başqalarının gözünün olmasına və torpağının savaş meydanına çevirməsinə səbəb olub. Təsadüfü deyil ki, keçən əsrin əvvəllərində dünya neftinin yarısını istehsal edən ölkə eyni zamanda, xüsusilə qərb zonalarında çıxarılan mis, dəmir və başqa filizləri ilə dünya bazarının aparıcı ölkəsi idi. Bu prosesdə daha çox əcnəbi şirkətlər iştirak edirdi. Sovet İttifaqı dövründə bu ənənə davam etmiş və Azərbaycan neft ölkəsi olmaqla yanaşı, İttifaqın əhəmiyyətli filiz mədən respublikasından biri oldu. Bir çox filiz mədəni olan Azərbaycan ərazisində ən zəngin ehtiyatlardan biri də qızıl ehtiyatıdır. Daşkəsən ərazisində yerləşən Çovdar yatağı, Zəngilan ərazisində yerləşən Vejnəli, Gədəbəy və Ordubad ərazisindəki kəşf olunmuş qızıl ehtiyatları kimi 1951-ci ildə Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonunun sərhədində kəşf edilən Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara­lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. Azərbaycanın noyabrın 25-də 27 illik işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində çox sayda filiz yatağı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli, ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan Respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,8 qram qızıl var. Bu, “Anglo Asian Mining”in (AAM) qiymətləndirməsinə görə, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir. Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə Söyüdlü qızıl mədəninin 74 faizi Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalır. Söyüdlü, Vejnəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Yataq 1951-ci ildə Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonunun sərhədində kəşf edilib. Onun böyük hissəsinin (qızıl ehtiyatlarının 75 faizi və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisinə düşdüyü bildirilir. Amma SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın geologiya idarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildən başlandığı, 1990-cı illərin əvvəlinə qədər ondan 27.6 ton qızıl çıxarıldığı qeyd edilir.

1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb. Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu “RV Investment” şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq qızıl müqaviləsinə daxil edib. Amma Ermənistanın 1992-ci ildə Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar həmin şirkətin bu yatağa çıxışı olmayıb.
“Azərbaycan hökuməti və AAM lazımı vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxışı olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq”, – “Anglo Asian Mining” şirkətinin noyabrın 24-də yaydığı məlumatda bildirilir.

“RV Investment”lə sazişə (PSA) Zəngilan rayonunda Vejnəli və Ağdərə rayonunda Qızılbulaq yataqları da daxil edilib. Amma məhz Söyüdlü ən dəyərli yataqlardan biri hesab olunur. Ekspertlərin fikrincə, ondakı qızılın aşqarı azdır, onun təmizlənməsi (affinaj) prosesi daha asandır və böyük maliyyə xərci tələb etmir. 2007-ci ildən Zod yatağının Kəlbəcər rayonundakı hissəsi Rusiyanın “GeoProMining” şirkətinin nəzarəti altında idi. Ərazi işgaldan azad olduqdan sonra ermənilərin Azərbaycana vurduğu zərərlər hesablanarkən bu yatağın istismarından dolayı Azərbaycana dəyən zərər mütləq diqqətə alinmalıdır. Bu yatağın 75 faizinin Azərbaycanın çoğrafi  sərhəddi daxilində olması onun istismarı hüququnu da, əvvəlki illərdə ermənilərin qanunsuz olaraq yatağı icarəyə verərək qazandığı vəsaitlərdən təzminat almaq imkanını da  verir. Beynəlxalq İnvestisya Mübahisələrinin həlli ilə əlaqəli Dünya Bankının ixtisaslaşmış təşkilatı (ICSID - International Centre for Settlement of Investment Disputes) bu cür məsələlərdə istifadə edilə bilir.

Azərbaycanda qızıl hasilatı 1997-ci ilin avqustunda Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti ilə Azərbaycan hökuməti arasında imzalanmış müqaviləyə əsasən baş tutub. Müqaviləyə görə, şirkət Azərbaycanın cənub-qərbindəki altı yataqda - Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir. Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc" şirkətinin pay hissəsi isə 49 faizdir. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib.

Qızılın son aylarda qiymətinin əhəmiyyətli şəkildə yüksəlməsi Azərbaycanın bu yataqların istismarından əldə edəcəyi gəlirin artmasına kömək edəcəkdir. Hazırda qeyri-neft sektoru üzrə cari ilin 10 ayında ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdədir. “AzerGold” QSC-nin həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda ixrac əməliyyatlarından ölkə iqtisadiyyatına cəlb etdiyi valyutanın həcmində də artım müşahidə edilib. Qızıl ixracından ölkəyə daxil olan vəsait 2020-ci ildə iki yüz milyon  dolları keçməsi proqnozlaşdırılır. Çünki ilk on ayda əvvəlki il ilə müqayisədə ixrac otuz faizdən çox artıb. 2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 172,4 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (124,2 milyon ABŞ dolları) üçüncü olub. Bu göstəricilərə görə onu demək olar ki, Söyüdlü (Zod) qızıl mədəninin digər mədənlərlə birlikdə fəaliyyəti yaxın illərdə ölkə iqtisadiyyatına yarım milyarda qədər gəlir verə bilər.

Elçin Süleymanov,

İ.ü.f.d  BMU maliyyə kafedrasının dosenti

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır
13:19 17.05.2025
İlham Əliyev: Səhiyyədə əldə edilən uğurlar həyata keçirdiyimiz islahatların bəhrəsidir
13:12 17.05.2025
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Luiz de Souzanın sərgisi açılıb
13:08 17.05.2025
İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə açılışında iştirak edib
13:03 17.05.2025
İlham Əliyev: Tokayev Qazaxıstanın beynəlxalq arenadakı yerini möhkəmləndirib
12:59 17.05.2025
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
12:19 17.05.2025
İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
12:16 17.05.2025
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
12:14 17.05.2025
Özbəkistan Prezidenti Macarıstan və Sloveniyaya səfərlər edəcək
11:25 17.05.2025
Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb
10:12 17.05.2025
Avropa Şurasının baş katibi Bakı və İrəvanla sülh sazişinin imzalanması məsələsini müzakirə etməyi planlaşdırır
13:30 16.05.2025
Ukrayna etibarsız silah təchizatçılarına görə yüzmilyonlarla dollar itirib
13:25 16.05.2025
Pentaqon "Qızıl qübbə" müdafiə sistemi planını tamamladı
13:09 16.05.2025
Türkiyə Prezidenti Albaniyaya yola düşüb
12:48 16.05.2025
Sabah 27 dərəcə isti olacaq
12:27 16.05.2025
ABŞ Dövlət katibi İstanbula gedib
12:20 16.05.2025
Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb
12:13 16.05.2025
Postmodernizm Ədəbiyyatı Necə Dəyişdi?
11:57 16.05.2025
İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
11:54 16.05.2025
Azərbaycan Ordusu silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçib
11:54 16.05.2025
İspaniya Türkiyənin “Hürjet” təlim-məşq təyyarəsini satın alır
11:45 16.05.2025
“Xəzər” jurnalının yeni nömrəsi çap olunub
11:45 16.05.2025
Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib
11:39 16.05.2025
Rusiyada şam zavodunda partlayış baş verib, dağıntılar altında qalanlar var
11:32 16.05.2025
Bakıda yeni ticarət mərkəzinin tikintisinə icazə verilib
11:30 16.05.2025
ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib
11:25 16.05.2025
Fransa İranı məhkəməyə verəcək
10:39 16.05.2025
Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
10:39 16.05.2025
Bəzi dağ çaylarından sel keçəcək
10:37 16.05.2025
Azərbaycan gəncləri Türkiyədə bayram tədbirlərində iştirak edəcəklər
10:33 16.05.2025
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı
10:26 16.05.2025
Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
10:26 16.05.2025
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
10:21 16.05.2025
Lamiyə Vəliyeva beynəlxalq turnirdə bürünc medal qazanıb
10:19 16.05.2025
Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
10:11 16.05.2025
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib
10:02 16.05.2025
Qarabağ və Şərqi Zəngəzurda yaşıl və səmərəli texnologiyaların tətbiqi müzakirə olunub
09:32 16.05.2025
Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
09:21 16.05.2025
Bu gün hava küləkli olacaq
09:12 16.05.2025
Azərbaycanda ilk dəfə fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
09:12 16.05.2025
Hamısı