Qlobal böhran Azərbaycandan da yan keçməyəcək İqtisadçıdan HƏLL YOLLARI

İqtisadiyyat 16:20 02.08.2022
Ekspertlərin proqnozuna görə, dünyada gedən bahalaşma daha da dərinləşərək növbəti qlobal iqtisadi böhranı gətirib çıxaracaq. İddialara görə, bir çox ölkələrdə müşahidə edilən bahalaşmadan sonra iqtisadi-sosial problemlərin daha da dərinləşməsi qaçılmaz olacaq. 
 
Aparılan araşdırmalar onu göstərir ki, artıq bir tərəfdən pandemiya, bir tərəfdən isə Rusiyanın Ukraynada apardığı müharibə yüksək bahalaşma ilə bərabər dünya iqtisadiyyatına təsir göstərən ağır təlatümlərin baş verməsinə şərait yaradıb. 
 
İqtisadçı Rəşad Həsənov Ednews-a açıqlaması zamanı bildirib ki, gözlənilən qlobal böhran dünyada yoxsulluq risklərini daha da artıracaq. 
 
“Dünya ölkələri müəyyən bir iqtisadi böhranın astanasındadır. Bütün beynəlxalq təşkilatların hesabatlarında bunun baş verəcəyi ehtimal olunur. Bu hesabatlarda  təkcə qiymətlərin bahalaşması yox, eyni zamanda iqtisadi fəsadlar yarada biləcək digər problemlər də nəzərə alınıb. Proqnozlara görə, 2023-ci ildə əsas iqtisadi çətinlik olan ərzaq qıtlığı ciddi problemlər yaradacaq. Həmçinin pandemiya dövründə aparılan maliyyə siyasəti nəticəsində yaranan pul kütləsinin bolluğundan qaynaqlanan qiymətlərin sürətli artımı və eləcə də digər qlobal problemlər dünya üçün ciddi böhran yaradıb. Bununla yanaşı, siyasi faktorlar, ən əsası Rusiya-Ukrayna müharibəsi fonunda neft qiymətlərinin bahalaşması bütövlükdə istehsalın, tədarükün və təchizatın sahələrində maya dəyərinin artmasına gətirib çıxarır, bu da yüksək inflyasiya deməkdir. Bu da dünyanın bir sıra ölkələrində əhalinin alıcılıq qabiliyyəti zəiflədəcək və yoxsulluq rikslərini artıracaq. Bu müharibə Avropa iqtisadiyyatına çox mənfi təsir göstərəcək”. 
 
Azərbaycan iqtisadiyyatının dünya iqtisadi bazarına inteqrasiya olunduğunu deyən R.Həsənov ölkəmizin də böhranın doğuracağı risklər ilə üz-üzə qalacağını qeyd edib. 
 
“Qlobal böhran Azərbaycana müəyyən aspektlərdən təsir olacaq. Birincisi, əgər qlobal iqtisadiyyat tənəzzülə düçar olsa, bu tələbin aşağı düşməsinə, enerji bazarında isə resursların azalmasına səbəb olacaq. Bu da Azərbaycanın dövlət gəlirlərinə öz mənfi təsirini göstərəcək, nəticədə hökümət ciddi büdcə kəsrlərinə getmək məcburiyyətində qalacaq. Onu da nəzərə alaq ki, Azərbaycanın büdcə xərclərində ümumdaxili məhsul əsas paya malikdir. Belə bir şəraitdə ümumdaxili məhsulun artım imkanları məhdudlaşa bilər”.  
 
İqtisadçı, həmçinin qeyd edib ki,  iqtisadi böhran hökumətin sosial siyasətində də əngəllər yarada bilər. Onun sözlərinə görə, bu səbəbdən də sosial qruplara dəstək layihələr də gecikə bilər. 
 
“Bu da əhali arasında yoxsulluğun artmasına gətirib çıxaracaq, hətta insanların sosial gəlirlərinə mənfi təsir göstərməklə onları daha ucuz və keyfiyyətsiz qida məhsulları tədarük etməyə məcbur edəcək.  Əhalinin günlük tələbat məhsullarının alışında çətinliklərə üzləşəcəyinə şahidi olacağıq”. 
 
Rəşad Həsənov hökumətin böhranın təsirinin və riskinin azalması üçün görəcəyi tədbirlər planı haqqında da fikir bildirib. 
 
“Azərbaycan hər zamanki kimi iqtisadi və sosial məsələlər ilə bağlı müəyyən proqramlar hazırlayır. Hətta bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var. Bundan başqa Nazirlər Kabinetində isə işçi qrupu yaradılıb. Bu qrup istehlak səbətinə daxil olan məhsullar, eləcə də onun istehsalı və idxalı kimi məsələlərin nizalanması ilə əlaqəli olan sosial proqramlar üzərində işləməkdədir. Yaxın gələcəkdə bu proqramların hansı müsbət nəticələr verəcəyinə görəcəyik”. 
 
Sonda R.Həsənov Azərbaycanda böhrana qarşı mübarizə aparmaq üçün iki istiqamətdə fəaliyyətlərin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. 
 
“Yaxşı olardı ki, ölkədə ərzaq ehtiyatlarının artırılması, sahibkalıq subyektlərinin dəstəklənməsi ilə bağlı layihələr həyata keçirilsin. Xüsusilə, maliyyə təminatı baxımından sahibkarlara kömək göstərmək lazımdır, çünki onlar öz məhsullarını və mallarını uzun müddət ehtiyatda saxlaya bilməzlər. Bizim bazar kiçik bir bazar olduğundan onun təhlükəsizliyini təmin etmək, risklərdən sığortalamaq mümkündür. Uzun müddətə gəldikdə isə bu dövrdə istehsalın artırılması, bazarda rəqabət mühitinin yaradılması, idxaldan asıllığın azaldılması kimi məsələlərin ətrafında xeyli işlər görülə bilər, müəyyən təşəbbüslər ortalığa qoyula bilər. Son dövrlər ərzaqlıq buğda istehsalı sahəsində mexanizmlər tətbiq olunub. Bu istiqamətdə artıq hüquqi məsələlər öz həllini tapıb”.
 
Yunis Abdullayev
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı