Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Ednews- AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 30,5 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 17,7% və ya 6,6 mln. ABŞ dolları azalıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 37,1 ABŞ dolları təşkil etmişdi.