Dollar bahalaşırmı? EKSPERTDƏN ŞƏRH

İqtisadiyyat 14:35 16.12.2022

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) yenidən uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etdi. Uçot stavkası 4.4 faiz müəyyənləşdirilən Birləşmiş Ştatlarda 2007-ci ildən sonra ən yüksək dərəcə tətbiq olunur. 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənsə də son qərardan sonra birjalara ciddi dalğalanma müşahidə olunmur. İllik artımlardan sonra praktik olaraq qlobal valyuta bazarı bu addımlara hazır idi.

Bu günsə Mərkəzi Bank toplantı keçirəcək və uçot dərəcəsinə baxacaq. Bəs, FED-in qərarından sonra Azərbaycanda da dollar bahalaşa bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Ednews-a açıqlamasında bildirdi ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini ardıcıl olaraq növbəti dəfə qaldıraraq 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək təşkil etdi. Beləliklə, FES dolları bahalaşdırmaqda davam edir.

“Məlum olduğu kimi adıçəkilən qurum noyabr iclasında da bu il ərzində artıq, dördüncü dəfə olaraq uçot faizini 75 baza bənd (0,75%) üzrə artıraraq 3,75-4% aralığına çatdırmışdı. Buna qədər isə 3-3,25% təşkil edirdi. İlin sonunadək bu rəqəmin 5%-ə yaxınlaşdırılacağını proqnoz edildiyini yazmışdım.

Bu tendensiyanın məğzi ABŞ valyutasının dəyərini yüksəltməkdən ibarət olduğu üçün enerjidaşıyıcılarının qlobal qiymətlərini ucuzlaşdıracağı, inflyasiyanın qarşısını alacağı hələ ki, bəlli deyil. Reallıq isə bundan ibarətdir ki, dünyanın digər aparıcı valyutaları ABŞ dollarına nəzərən ucuzlaşmaqdadır. Bu faktorun isə əslində, ABŞ-yə idxalı stimullaşdrıdığı, ixracısa məhdudlaşdırdığı bəlli məsələdir”.

Ekspert onu da qeyd etdi ki, FES-in dolları bahalaşdırma siyasətinin ABŞ-nin özü üçün nə dərəcədə effektli olacağı hələ bəlli deyil. Lakin əsas məqsədin məşğulluğu artırmaq, inflyasiyanı 2%-ə endirmək olduğu aydındır. Çünki pandemiyanın nəticələri, ərzaq və enerjidaşıyıcılarının baha olması, Ukrayna ətrafında vəziyyət bütün sahələrdə tələb ilə təklifin nisbətini pozub.

“Bizə gəldikdə isə, Azərbaycan manatı birbaşa dollara bağlı olduğu üçün dollar bahalaşdıqca milli pul vahidimiz də digər valyutalara görə bahalaşmağa davam edir. Yeri gəlmişkən, bahalaşdırma siyasətini təkcə ABŞ mərkəzi bankı yürütmür, digər ölkələrin mərkəzi bankları da milli pul vahidlərinin dəyərini artırmağa cəhd göstərirlər. O cümlədən, Azərbaycan Mərkəzi Bankı da...

Yəni, bütün ölkələrdə mərkəzi banklar tərəfindən uçot dərəcələri qaldırılır. Bu, həm ABŞ dollarına münasibətə görə belə edilir, həm də eyni tendensiyaların - inflyasiya və bahalaşma prosesini məhdudlaşdırmaq üçün... Amma hələ ki heç bir effekt əldə edilmir”.

P.Heydərov sonda vurğuladı ki, ABŞ dollarına nəzərən manatın bahalaşması sözsüz ki, ölkə iqtisadiyyatına ziyandır, iqtisadi artım tempinə buxov sayılmaqla, ixracı zəiflədir, idxalı stimullaşdırır və sair.

“Üstəlik inflyasiya faktoru ilə əlaqədar ölkədə sərt pul-kredit siyasəti həyata keçirilir ki, bütün bunlar da idxal mallarının daxili bazarda dominant rol oynaması üçün təminat yaradır.

Manatı ABŞ dolları qarşısında məzənnə baxımından sərbəst buraxmaq olar. Ancaq bu, istənilən effekti verməyəcək və verə də bilməz. Ölkəyə real olaraq bahalı dollar kütlələrinin daxil olmasına baxmayaraq, manat bəlkə də ucuzlaşacaq, o səbəbdən ki, ölkədə ABŞ dollarını satan yeganə qurum Dövlət Neft Fondudur”.

Oğuz Ayvaz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı