Bakıda əcnəbinin bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından qeyri-müəyyən şəraitdə 846 000 rupi (17 681 manat) oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmyerlisi V.Baqat Beynəlxalq Hava Limanının ərazisində saxlanılıb.
Fakta görə araşdırmalar aparılır.