“2022-ci ildə dövlətin strateji ehtiyatlarının həcmi 58,5 milyard dollar olub”.
Ednews xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
“2023-cü ilin mart ayının göstəricilərinə əsasən isə hazırda strateji ehiyatlarımız 62,5 milyard dollara çatıb. Bundan əlavə, dövlət borcunun həcmi də 2021-ci illə müqayisədə 9,5 faiz azalaraq 6,7 milyard dollara enib”, - deyə Baş nazir əlavə edib.