Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 42 milyard 014,8 milyon manat təşkil edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.
Mənbə yazır ki, bu, aylıq müqayisədə 1,9 % az, illik müqayisədə isə 21,3 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin yanavarın sonuna 28 milyard 914,8 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrın sonuna olan analoji göstəricidən 2,2 %, illik müqayisədə isə 25,1 % çoxdur.