Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri ALIR - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanda ən yüksək maaşı bu peşə sahibləri ALIR

İqtisadiyyat A- A A+
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.
 
Bu barədə Ednews-a Dövlət Statistika Komitəsindən bildirilib. 
 
Əməkhaqqı neft-qaz sektorunda 3135,0 manat, qeyri neft-qaz sektorunda 812,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 809,9 manat, özəl müəssisələrdə isə 908,4 manat olub.
 
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...