Azərbaycan nefti UCUZLAŞDI - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycan nefti UCUZLAŞDI

İqtisadiyyat A- A A+

Martın 24-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,51 dollar ucuzlaşaraq 76,25 dollar olub.

Ednews xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,36 dollar ucuzlaşaraq 73,67 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,58 dollar ucuzlaşaraq 39,63 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 24-də 2,63 dollar ucuzlaşaraq 73,25 dollar olub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...