Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında saziş təsdiq edilib.
Ednews xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Sənədin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.
Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq təsdiq edilib.