Azərbaycanda turizm mövsümü başlasa da, insanlar səyahət etməklə bağlı ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər. Səbəb quru sərhədlərin bağlı olması və təyyarə biletlərinin qiymətinin yüksək olmasıdır. Xüsusən AZAL-da bilet qiymətlərinin kəskin bahalaşması buna səbəb kimi göstərilir. Nəyə görə AZAL bu qədər yüksək qiymət artırır? Axı bu həm də ölkəmizin turizim sektoruna da zərbədir.
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Ednews-a açıqlamasında deyib ki, bu illərdi müzakirə edilən mövzdur. Turizm həm quru, həm su yolları, həm dəmir yolları, həm də hava yolları ilə fəaliyyət göstərir:
“Hal-hazırda quru sərhədlər bağlı olduğuna görə və dəniz sərhədindən turistik istifadə etmədiyimizə görə, amma gələcəkdə var, ölkənin giriş qapısı əksəriyyət hallarda hava yollarıdır. Hava yollarına da nə qədər münasib qiymət olarsa ölkəyə daha çox xarici turist gələr. Xüsusən də Amerikada, Avropada, Avstraliyada yaşayan xarici turistlər ölkəyə gələrkən birinci hava yollarının qiymətlərinə baxırlar. Ona görə də qonşu dövlətlərimizdə xüsusən Türkiyə və Gürcüstanda turizmin ölkənin iqtisadiyyatına kifayət qədər çox yüksək səviyyədə dəyər qatdığını gördük. Əgər xaricdən turist gəlirsə ölkəyə kapital axını deməkdir. Həmin insanlar maliyyələrini bizim ölkədə xərcləməli olurlar. Ölkədə olan pul dövriyyə olunur. Bu da ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Qiymətlər mütləq şəkildə münasib olmalıdır. İnanıram ki, gələcəkdə bu barədə alternativ addımlar həyata keçiriləcək”.
Oğuz