Jurnalist Qabor Steinqart Almaniyanın “Focus” jurnalı üçün yazdığı məqalədə bildirib ki, Rusiyanın təcrid siyasətinin uğursuzluğundan sonra Qərb məyusedici nəticələr çıxarmalıdır.
Ednews xəbər verir ki, qəqalədə deyilir: “Rusiya iqtisadiyyatı Qərb sanksiyalarının təzyiqi altında yüksək dərəcədə dayanıqlılıq nümayiş etdirdi; dinc iqtisadiyyatdan hərbi iqtisadiyyata keçid öz işini gördü”.
Müəllif əlavə edib ki, eyni zamanda Qərbdən Ukraynaya dəstək cəbhəsi dağılır.
Steinqart qeyd edib ki, Rusiya bütün proqnozların əksinə olaraq iqtisadi artımın 1,5% olacağını gözləyir. Jurnalistin fikrincə, ölkənin iqtisadi uğurları və Rusiya prezidenti Vladimir Putinin möhkəm mövqeyi Qərbi öz siyasətinin effektivliyi ilə bağlı “məyusedici nəticələr” çıxarmağa məcbur etməlidir.
Bundan əvvəl Hesablama Palatası Rusiyanın dövlət borcunun kəskin artmasından qeyd etmişdi.
Oğuz