Cənubi Koreya Maliyyə Naziri Ço Kyunq Ho Çinin ölkə iqtisadiyyatı üçün olduqca həlledici olduğunu bildirib.
Ednews Teletrader-ə istinadən xəbər verir ki, nazir yaxın gələcəkdə rəsmi Pekinlə iqtisadi əməkdaşlığın həcmini daha da genişləndirməyi planlaşdırır.
Cənubi Koreyanın bazar iqtisadiyyatının Çindən asılı olduğunu qeyd edən nazirinin bu açıqlaması parlamentdə narazılıqlara səbəb olub.
Nazirin dediyinə görə, bu ölkənin ABŞ və Yaponiyadan uzaqlaşması demək deyil.
Fərid Axundov