Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Ednews xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,48 dollar və ya 0,53% azalaraq 90,67 ABŞ dollarına enib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 dollardan hesablanıb.