Beş BRICS ölkəsi arasında ticarət gəlirləri son beş ildə 56% artaraq təxminən 422 milyard dollar təşkil edib.
Ednews xəbər verir ki, bu barədə AFP news statistikalarında paylaşılıb.
BRİCS-in mövcud beş üzvü Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika 2017-2023-ci illər arasında 422 milyard dollar dəyərində beynəlxalq ticarət sövdələşməsinə təşəbbüs göstərib. BRİKS ölkələri Rusiya istisna olmaqla, təbii ehtiyatlar və kənd təsərrüfatı məhsulları ilə öyündükləri üçün yaxşı ticarət tərəfdaşları olaraq qalırlar.
BRİKS ölkələri arasında ticarətə tələbat artdıqca, alyansın ödənişləri ABŞ dolları ilə deyil, yerli valyutalarla həyata keçirmə şansları yüksək olaraq qalır.
Qeyd edək ki, BRICS alyansı ABŞ dollarından asılılığa son qoymağa çalışır.
Əkbər