Azərbaycanda ötən il büdcə göstəriciləri çox yaxşı olub.
Ednews xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"2022-ci ildə həm icmal büdcə, həm dövlət büdcəsi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun və İşsizlikdən Sığora Fondunun büdcələri çox yaxşı icra olunub. Azərbaycanda neft istehsalı təbii olaraq azalmaqdadır. Buna baxmayaraq vaxtında görülmüş tədbirlər nəticəsində biz gələn il və sonrakı üç ilin büdcə layihələrinə nikbin baxırıq. Bunun üçün ötən illərdə yaxşı baza yaradılıb", - deyə o qeyd edib.