Rusiya sanksiyalardandan necə yayınır? - ARAŞDIRMA

İqtisadiyyat 16:45 06.11.2023

Rusiya Ukraynada müharibəyə başladıqdan sonra ölkənin siyasi-iqtisadi vəziyyəti İkinci Dünya müharibəsindən sonra özünün ən gərgin halını yaşayır. Dünyanın ən böyük qalıq yanacaq ixracatçılarından biri kimi ölkənin Qərb dövlətləri tərəfindən sanksiyalara məruz qalması qlobal miqyasda enerji təhlükəsizliyini risk altına atıb. 

Müharibə başlayandan bəri ölkə məzənnəsi dəyər itirməkdədir. Son bir ildə, ümumilikdə dəyəri qeyri-stabil olan rubl, dollar qarşısında 26% ucuzlaşıb. Bunun əsas səbəbi ixracatdan gələn gəlirlərin azalması və hərbi xərclərin həddən artıq artması olub. Məzənnənin dəyər itirməsinin rekord həddi 2022-ci ilin fevralında bir dollar 150 rubla qədər düşməsi olub. 

İqtisadi sanksiyaların təsiri

Qərb ölkələrinin Rusisyaya qarşı həyata keçirdiyi sanksiyalar ölkənin müharibədəki effektivliyini zəiflətmək məqsədi daşıyırdı. 2022-ci ilin martında qərbli ekspertlər sanksiyaların Rusiyanın ÜDM-nin ilin sonuna kimi 11% aşağı düşməsinə, inflyasiyanın isə 22% olacağına gətirib çıxaracağına dair proqnoz vermişdi. Lakin, 2022-ci ilin sonuna qədər  ÜDM-nin cəmi 4,5% azaldı və inflyasiyanın 13,9%-ə düşdü. Eynilə, Beynəlxalq Valyuta Fondu ÜDM-nin real düşüşünün ilkin proqnozlaşdırıldığından aşağı olduğunu təxmin etdi. Rusiyanın məhsullarına Avropa ölkələrində qadağa qoyulması ölkənin xarici ticarətində ciddi geriləməyə səbəb olub. Müharibədən əvvəl ticarətin Rusiya ÜDM-də payı 50%-ə yaxın idi. Rusiya höküməti inflyasiyanın qarşısını almaq üçün yerli oliqarxların pullarını xarici banklara yatırmasının qarşısını almaq üçün qərar qəbul etdi. Mərkəzi Bank vətəndaşların xarici kapital axınına tam nəzarəti ələ alaraq rublun daha da dəyərini itirməsini dayandırdı. Bununla da Rusiya ticarət və cari əməliyyatlar balansı kəskin şəkildə yüksələrək rublu gücləndirdi. 2023-cü ilin sonuna qədər hərbi xərclərin büdcəsi 100 milyard dollar yəni, bütün dövlət xərclərinin üçdə birini təşkil edəcək. Ölkədə istehsalat 4.9% artım artsa da bunların əsasını hərbi sənaye təşkil edir. İlin birinci yarısında hazır metal məmulatlarının, yəni silah və sursatın istehsalı ötən illə müqayisədə 30% artıb. Avtomobil istehsalı isə, keçən ilə nəzərən 10%-dən çox azalıb. Ölkənin Avropa regionunda yerləşən şəhərlərində zavodların bir çoxu hərbiləşdirilib ki, bu da yerli məhsuldarlıq indeksinə mənfi təsir edib.

Yoxsulluq və ərzaq vəsaiti problemləri

Rusiyada müharibədən sonra əhalinin alıcılıq qabiliyyəti qismən düşsə də, hökümətin apardığı anti-inflyasiya əməliyyatları yerli qiymətlərin qalxmasının qarşısını alıb. Vətəndaşların alım gücünün ən çox dəyər itirdiyi sahə xarici alış-veriş əməliyyatları olub. Ölkədə ev qiymətləri şəhərlərdən asılı olaraq 2-3% arası bahalaşıb. Əlava olaraq, ərzaq alışında ən çox taxıl məhsullarının qiymətində diqqətəlayiq dəyişiklik qeydə alınıb. Təbii qazın qiyməti qalxsa da, hökümət tərəfindən müharibə vəziyyətinə görə həyata keçirilmiş xüsusi “Qaz Qiymətlərinin Qtabilizasiyası” proqramı yaradılıb. Bu proqram çərçivəsində Rusiyanın bütün regionlarında vətəndaşların növbəti qışda lazımi qədər qazla təmin olunması prioritet halına salınıb. Bütün bunlara baxmayaraq, xarici şirkətlərlə iqtisadi əlaqələri olan yerli iş adamları istisna olmaqla, əhalinin böyük bir hissəsi gündəlik həyatlarında iqtisadi dəyişikliklərdən çox da zərər görməyib. Buna səbəb Rusiyanın elə uzun illərdir ki, enişli-yoxuşlu iqtisadi vəziyyət içərisində yaşamasıdır. Əhalinin sosial xərclərinin artması, onlara müharibənin psixoloji gərginliyindən daha çox zərər vurmayıb. Qərb dövlətləri tərəfindən Rusiyaya iqtisadi təzyiqlər kimi, əhalinin sürətlə və tez-tez dəyişən qiymətlərlə qarşılaşması da yeni deyildi. 

İqtisadiyyatın onurğa sütunu

Rusiyanın ixrac etdiyi qaz və ixracatı ölkənin hər daim əsas gəlir mənbələrində biri olub. Müharibədən sonra, 2022-ci ilin birinci rübündə dünya bazarında qaz və neft ixracatından qazandığı məbləğ artaraq son 5 ilin rekordunu qırıb. Lakin, həmin ilin dekabrında isə sanksiyalar öz təsirini göstərərək ölkənin bu sahə üzrə gəlirlərinə limit qoydu. Beynəlxalq Energetika Agentliyinin verdiyi statistikaya əsasən, 2023-cü ildə Rusiyanın neft ixracından gəlirləri 15% aşağı düşmüş, fevral ayında isə, bu rəqəm 40%-ə qədər geriləmişdi. Bunlara rəğmən Rusiya hələ də, neft və qaz resurslarından öz siyasi maraqları naminə istifadə edə bilir. Artıq ikinci ildir ki, Rusiya Avropanı qaz ixracatı həcmini azatlmaqla sınamaq iqtidarındadır. 

Screenshot_5.png

Nəticə etibarilə deyə bilərik ki, rəsmi Moskva müharibənin ölkəyə verəcəyi təsirlər barədə ciddi profilaktiv tədbirlər aparıb. Ölkənin qaz və neft də başda olmaqla təbii resurslar və geniş məhsuldar torpaqlarla zəngin olması onu müharibənin ən çətin vaxtlarında belə dayanıqlı vəziyyətini qorumağa yardım edir. Müharibənin daha bir neçə il davam etməsi ölkə iqtisadiyyatı üçün daha qabarıq nəticələr verə bilər. Rusiyanın öz daxili stabilliyini qoruması ölkə rəsmilərinin müharibə iqtisadiyyatını daha neçə il davam edə bilmə iqtidarında olmalarından asılıdır.

 

  sanctions-graphic.jpg

Fərid Axundov

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı