Monitorinq komitəsinin iclası və OPEC+ nümayəndə heyətləri rəhbərlərinin görüşü noyabrın 26-da Vyanada baş tutacaq.
Bu barədə Ednews xarici KİV-ə istinadən xəbər verir.
Noyabrın 25-də isə OPEC-ə üzv ölkələrin toplantısı keçiriləcək.
Qeyd edək ki, alyansın son görüşü iyunun 3-4-də baş tutub. Daha sonra OPEC+ 2024-cü ildən neft hasilatını azaltmağa qərar verib. 2023-cü ildə təşkilat neft hasilatını sutkada 2 milyon barel azaldırsa, növbəti ildə hədəf səviyyə daha 1,4 milyon barel azalacaq.