Tayvan və Böyük Britaniya genişləndirilmiş ticarət tərəfdaşlığı haqqında saziş imzalayıblar.
Ednews xarici mediaya istinadən xəbər verir ki, saziş videokonfrans rejimində imzalanıb. İdarənin məlumatında qeyd edilib ki, sənəd “Tayvan və Böyük Britaniya arasında uzunmüddətli iqtisadi və ticarət əlaqələri üçün möhkəm zəmin yaradacaq”. Həmçinin vurğulanıb ki, saziş “Avropa ölkələri üçün Tayvanla ticarət əlaqələrini yaxşılaşdırmaq üçün nümunə ola bilər”.
Xatırladaq ki, daha öncə Tayvan administrasiyasının rəhbəri Tsay İnven dəfələrlə adanın Böyük Britaniya ilə ticarət və investisiya sazişləri imzalamaqda maraqlı olduğunu açıqlayıb. 2022-ci ilin noyabrında o, Londonla ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə və gələcəkdə investisiya və ticarət sazişlərinin bağlanacağına ümid etdiyini bildirib.
Oğuz