1998-ci ildə təməli qoyulmuş, Mərkəzi Asiyanı digər regionlarla iqtisadi münasibətlərini möhkəmləmdirən SPECA proqramında əsas rol oynayan ölkələrdən biri də Azərbaycandır.
Avrasiya materikində bu layihənin hansı rolu var?
Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın üzvlük etdiyi bu iqtisadi layihə BMT-nin Avropa iqtisadi Komissiyası Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının dəstəyi ilə fəaliyyətini davam etdirir. Subregional dövlətlərin birgə iqtisadi kooperasiyası Mərkəzi Asiyanın dünya iqtisadiyyatına inteqrasiyası üçün çalışır. Bu genişmiqyaslı layihədə hər bir üzv dövlətin regionunda iqtisadi aktivlik, potensialdan məhsuldar istifadə, yeni statistik metodların inkişafı və dövlətlərin sənaye infrastrukturunun müasirləşdirilməsi yer alır. Proqrama üzv olan və xarici bazara çıxmaq üçün lazımi texnologiyalara sahib olmayan dövlətlərin məhsuldarlığını artırmaq üçün çoxtərəfli donorlar tərəfindən yardım edilməsi layihənin əsas məqsədlərindən biridir.
Azərbyacanın layihədə mövqeyi
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda-Avropa və Mərkəzi Asiyanı birləşdirən bir bölgədə yerləşdiyi üçün ölkənin birlikdəki rolu əvəzedilməzdir. Bu üzrə Bakıda “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forum keçirilib. Regionlar arasında körpü rolu oynayan Azərbaycanın 2022-ci ildə SPECA ölkələri ilə ticari dövriyyəsi 3.6 dəfə artaraq 1.3 milyard dollara çatıb. Bu rəqəm hazırki ilin ilk 10 ayında 1.2 milyard idi ki, bu da keçən ilin eyni dövründən 16% çoxdur.
BMT-nin yaşıl iqtisadiyyata keçid etməsi yönündə planları Mərkəzi Asiya dövlətləri ilə birbaşa əlaqəlidir. Bu səbəblə də SPECA fondu yaradılması barədə Qazaxıstan rəhbərliyi təklif irəli sürüb. Təklifdə ətraf mühiti çirkləndirmədən və çoxşaxəli şəkildə, həm nəqliyyat, həm də hasilat sənayesində məhsuldarlığın həcmini artırmaq üçün ən müasir sənaye texnologiyalarının üzv dövlətlər tərəfindən idxalı məsələsi yer alıb. BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda proqram ölkələri arasında energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsinin yaxın gələcəkdə bu ölkələrin Yaponiya və Çin ilə iqtisadi əlaqələrinin yaranmasına da yol açacağını bildirib.
Ümumillikdə, BMT-nin nəznində yer alan SPECA iqtisadi proqramı, Mərkəzi Asiya ölkələrinin iqtisadiyytının ilk növbədə həmin regionda daha sonra isə Avropa və Uzaq Şərq regionları olmaqla dünyada daha effektiv rol almasına təkan verəcək. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycanın layihədə yaratdığı imkanlar olduqca əhəmiyyətlidir. BMT-nin baş katibi Antoniu Quterreş dünyanın geri qalan regionlarında da qarşılıqlı iqtisadiyyatın məhsuldarlığını artıqmaq üçün yeni regional layihələrin yaradılacağını açıqlayıb.
Fərid Axund