ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il üçün faiz endirimi proqnozunu saxlamasından sonra ABŞ dolları və istiqrazların gəlirliliyi gerilədikcə, qızıl qiymətləri rekord səviyyəyə qalxıb.
Ednews bu barədə Reuters-ə istinadən xəbər verir.
Belə ki, hərraclarda spot qızılın qiyməti 1% bahalaşaraq bir unsiyası üçün 2208,30 dollara çatıb.
Bahalaşmanın əsas səbəbi isə məhz FED-in dollarla bağlı qərarlarıdır. Belə ki, dolların uçot dərəcələrinin azaldılması ilə bağlı proqnoz valyuta ehtiyatlarının qızılda saxlanılmasını daha səmərəli edir. Nəticədə, qızıla artan maraq və tələb qiymətlərin də artmasına səbəb olur.