Sağlamlıq üçün ən zərərli qida müəyyən edilib - Heç ağlınıza gəlməz ki, bu... | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Sağlamlıq üçün ən zərərli qida müəyyən edilib - Heç ağlınıza gəlməz ki, bu...

Səhiyyə A- A A+
Ət ətraf mühitə ən güclü mənfi təsir göstərir, eləcə də insanlarda erkən ölüm riskini artırır.
 
Eurasia Diary-nin məlumatına görə, britaniyalı və amerikalı mütəxəssislər bu qənaətə gəlib.
 
Oksford və Minnesorta universitetlərinin bir qrup alimi 15 müxtəlif qida qrupunun insan sağlamlığına və ətraf mühitə təsirini tədqiq edib.
 
Qeyd olunub ki, taxıl, meyvə, tərəvəz, fındıq və zeytun yağı ən az riskli qida qrupuna daxil edilib. Bu məhsulların risk səviyyəsi 4 vahidə bərabər olub. Balıq məhsulları risk indeksində 14 vahidlə ifadə olunub. Sağlamlıq və ətraf mühit üçün ən yüksək riski qırmızı ət təşkil edir. Belə ki, emal olunmuş qırmızı ət indeksdə 37, emal olunmamış qırmızı ət 73 vahidə bərabər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...