Azərbaycanlı həkim koronavirusa təkrar yoluxma riskindən danışdı | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Azərbaycanlı həkim koronavirusa təkrar yoluxma riskindən danışdı

Səhiyyə A- A A+

“Dünyada COVID-19-u 100 faiz düz yoxlayan test yoxdur”.

EDNews.net xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, bu gün test edilən şəxslərdə COVID-19-un nəticəsi neqativ çıxsa da, bu, onların yoluxmayacağı anlamına gəlməz:

“Bir şəxsdən götürülən testin nəticəsi bu gün üçün keçərlidir. Ola bilər ki, bu gün test nəticəsi neqativ çıxan şəxs bir neçə gün sonra xəstəxanada müalicəyə başlayır. Çünki bu, həmin gün, həmin saata uyğun olan nəticədir. 

Bu gün COVID-19-u 100 faiz müəyyən edən heç bir test yoxdur. Buna görə də yoluxmanı insan özü bilmir və daşıyıcı olaraq ətrafda gəzə bilir. Ümumiyyətlə, belə bir nüans var ki, 10 faiz insanın təkrar koronavirusa yoluxma riski var”.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...