Britaniya dünyanı təşvişdə saxlayır - Yeni ştamm aşkarlandı | Eurasia Diary - ednews.net

18 Aprel,


Britaniya dünyanı təşvişdə saxlayır - Yeni ştamm aşkarlandı

Səhiyyə A- A A+

Edinburq Universitetinin tədqiqatçıları Böyük Britaniyada koronavirusun daha bir ştammını aşkarlayıblar.

Eurasia Diary-nin Trend-ə istinadən verdiyi məlumata görə, B1525 adı almış yeni ştamm artıq 10 ölkədə yayılıb: Danimarka (35 yoluxma halı), Böyük Britaniya (32), Nigeriya (12), ABŞ (7), Fransa (5), Qana (4), Avstraliya (2), Kanada (2) və İspaniya (1).

Məlumata əsasən, yeni ştamm İngiltərədə üstünlük təşkil edən "Kent" ştammından E484K mutasiyası ilə fərqlənir. Sözügedən mutasiya Braziliya, Cənubi Afrika və Bristol ştammlarında da müşahidə edilir.

Bununla əlaqədar ekspertlər Böyük Britaniya hakimiyyətini yeni ştammın yayıldığı ərazilərdə testlərin sayını artırmağa çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...