Rusiya üçüncü peyvəndini dövriyyəyə buraxır | Eurasia Diary - ednews.net

18 Aprel,


Rusiya üçüncü peyvəndini dövriyyəyə buraxır

Səhiyyə A- A A+

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı üçüncü vaksin qeydiyyatdan keçib.

Eurasia Diary-nin xəbərinə görə, “Kovivak” adlandırılan vaksin Çumakov adına Mərkəz tərəfindən işlənib hazırlanıb. 

Koronavirusa qarşı “Kovivak” peyvəndinin qeydiyyatdan keçdiyini Baş nazir Mixail Mişustin açıqlayıb.

Qeyd olunub ki, ilk 120 min doza vaksin mart ayının ortalarında dövriyyəyə buraxılacaq.

Xatırladaq ki, Rusiyada “Sputnik V” adlanan ilk peyvənd ötən ilin avqustunda qeydiyyatdan keçib. Bundan sonra koronavirus əleyhinə ikinci "EpiVacCorona" peyvəndi qeydiyyata alınıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...