Koronavirusa yoluxma sayı xeyli azalıb - Son statiska | Eurasia Diary - ednews.net

16 İyun, Çərşənbə


Koronavirusa yoluxma sayı xeyli azalıb - Son statiska

Səhiyyə A- A A+

Azərbaycanda bu gün koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 18 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib. 15 378 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, bu günə qədər isə ümumilikdə 3 337 931 test icra olunub.

 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...