Xərçəngin dərmanı tapıldı - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Xərçəngin dərmanı tapıldı

Səhiyyə A- A A+

ABŞ-da kiçik miqyaslı bir kliniki sınaq keçirilib.

Ednews Oxu.az-a istinadən xəbər verir ki, “The New England Journal of Medicine” jurnalında dərc olunan araşdırmaya görə, düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində “Dostarlimab” adlı dərmanı qəbul etdikdən sonra irəliləyişə nail olub.

Nyu Yorkdakı “Memorial Sloan-Kettering” Xərçəng Mərkəzinin onkoloqu və jurnalın aparıcı müəlliflərindən biri olan doktor Luis Diaz “The New York Times” bildirib ki, bu, xərçəng əleyhinə vasitələrin sınaqları tarixində ilk dəfə baş verib.

Xəstələr müalicə zamanı əhəmiyyətli yan təsirlərlə qarşılaşmayıb. Hərçənd, dərmanın səbəb ola biləcəyi müxtəlif mənfi reaksiyaları aşkar etmək üçün kifayət qədər insanın araşdırmada iştirak etmədiyi vurğulanıb.

Tədqiqatdan ruhlanan elm adamları ümidverici nəticələrin təkrarlanmasının lazım olduğunu söyləyib və xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tex olduğu barədə xəbərdarlıq ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...