Kanadada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artmaqda davam edir və 358-ə çatıb.
Ednews xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
"Kanadanın əyalətləri və ərazilərində iyulun 6-na olan məlumata görə, 358 meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Mütəxəssislər yerlərdəki həmkarları ilə birlikdə hazırda tədqiqatlar aparır, tədqiqatlar bitdikdən sonra aşkarlanan yoluxma hallarının sayı arta bilər", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, bu günə kimi yoluxma halları ölkənin dörd regionunda qeydə alınıb. Ən çox yoluxma Kvebek əyalətindədir - 236.