Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın Qəbul şöbəsinə yerləşdirilib.
Bu barədə Ednews-a TƏBİB-dən bildirilib. Qeyd edilib ki, onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir.
Zəhərlənmənin səbəbi araşdırılır.