Nanohissəcikli HİV peyvəndi uğurla sınaqdan keçirildi - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Nanohissəcikli HİV peyvəndi uğurla sınaqdan keçirildi

Səhiyyə A- A A+
 
 Sietldəki Fred Hatçinson Xərçəng Mərkəzi və digər tədqiqat mərkəzlərinin alimləri nanohissəciklərlə HİV peyvəndini uğurla sınaqdan keçiriblər. 
 
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, preparatda istifadə edilən antigen IAVI (International AİDS Peyvəndi Təşəbbüsü) və Scripps İnstitutu tərəfindən hazırlanıb. Əvvəlki araşdırmalar göstərib ki, o, VRC01 sinif B hüceyrələrini stimullaşdırır və nəticədə HİV suşlarının təxminən 90 faizi zərərsizləşdirilir.
 
İndi müəlliflər 1-ci faza randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli sınaqda peyvəndin güclü CD4 T hüceyrə reaksiyası yaratdığını nümayiş etdirdilər. Həmçinin T-follikulyar köməkçi hüceyrələrin sayı artıb. Bundan əlavə, gücləndiricilərin və digər vaksinlərin inkişafı üçün faydalı ola biləcək bir neçə geniş profilli immunogen epitoplar müəyyən edilib.
 
Təcrübədə iki qrup iştirak edib, onların hər birində dərman qəbul edən 18 nəfər, həmçinin plasebo olan altı nəfər olub. İştirakçılara səkkiz həftə ara ilə iki doza peyvənd və ya plasebo verilib.
 
2021-ci ilin dekabrında ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) insan immunçatışmazlığı virusuna (HİV) qarşı peyvəndi heyvanlarda uğurla sınaqdan keçirdiyini elan edib.
 
Nurlana


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...