Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibi təsdiqlənib.
Ednews-un məlumatına görə, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 11 dekabr tarixli qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən nazirliyin kollegiya üzvlərinin sayı 5 nəfərdən ibarət olaraq müəyyənləşdirilib.