ÜST dünyada COVID-19-a yoluxma hallarının kəskin artdığını bildirib.
Ednews xəbər verir ki, ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 1 008 194 yoluxma halı və 3 132 ölüm halı qeydə alınıb.
Belə ki, əvvəlki 28 günlə müqayisədə yoluxanların sayı 7% artıb, ölənlərin sayı isə 53% azalıb.
Təşkilat COVID-19-un ciddi təhlükə yaratmağa davam etdiyini vurğulayaraq, ölkələri xəstəliyə qarşı mübarizə aparmaq üçün infrastrukturu saxlamağa çağırır.