Covid-19 virusundan yeni xəstəliyin törənəcəyi iddia edilib.
Ednews ingilis mediasına istinadən xəbər verir ki, bu xəstəlik COVID-19-a yoluxmuş insanların meyitlərində qalır və zombilər haqda qorxu filmlərində olduğu kimi yayılır.
Ən çox risk altında olanlar isə yoluxmuşların meyitləri ilə təmasda olan patoloqlar və məhkəmə ekspertləridir.
Yaponiyanın Çiba Universitetinin alimi Hisako Saitonun araşdırmasını da diqqət çəkib. Elm adamının sözlərinə görə, hətta ölümdən 17 gün sonra belə, meyitdən koronavirusa yoluxmaq mümkündür. Belə ki, ölmüş şəxsdən götürülmüş nümunələrin altısında hətta 13 gündən sonra dayanıqlı virus aşkar edib.
Oğuz