Nazir ÜST-ni Qarabağın erməni sakinlərinə tibbi yardım göstərilməsi ilə bağlı məlumatlandırıb

Sağlamlıq 12:53 24.10.2023

"Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səhiyyə xidmətlərinin göstərilməsi artıq təşkil olunub. Lakin əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi böyük qayıdış prosesinə ciddi əngəl törədir".

Ednews xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında çıxışı zamanı deyib.

Sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər yüksək vəzifəli rəsmiləri, və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan sessiyada T.Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə Regional Komitəyə üzv dövlətlərdə insanların sağlamlığının qorunması, sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət istiqamətləri və səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemlər müzakirə edilib.

Sessiyanın açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Hans Henri Kluge çıxış ediblər. Bildirilib ki, 2023-cü ildə ÜST-nin yaradılmasının 75 illiyi və İlkin Səhiyyə Xidməti (İSQ) üzrə Alma-Ata Bəyannaməsinin imzalanmasının 45 illiyi qeyd olunur. Buna görə də, sessiyanın Avropa Regionunun sağlamlığı və rifahının təmin olunmasında irəliləyişləri müzakirə etmək, son 75 il ərzində ictimai səhiyyə sahəsində mühüm nailiyyətləri qeyd etmək, gələcək problemlərin həlli ilə bağlı təcrübə mübadilələrinin aparılması üçün əla fürsət olacaqdır.

Tədbirdə çıxış edən T.Musayev bildirib ki, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal miqyasda gözlənilən ömür uzunluğu artığından, biz bütün vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirməliyik. Azərbaycan Respublikası Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hədəflərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.

T.Musayev vurğulayıb ki, fövqəladə hallara daha yaxşı hazırlıq və onun nəticələrinin vaxtında aradan qaldırılması davamlı qlobal səhiyyə infrastrukturunu tələb edir: “Qlobal sağlamlıq üçün riskləri azaltmaq və şoka davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir”.

Nazir qeyd edib ki, davamlı inkişaf sülh və təhlükəsizlik olmadan həyata keçirilə bilməz. “2020-ci ildə 44 günlük Vətən Müharibəsi və ötən ay həyata keçirilən lokal anti-terror əməliyyatı nəticəsində Azərbaycan bütün ölkə üzərində öz suverenliyini bərpa edib. İndi biz işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması istiqamətində böyük işlər görürük. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səhiyyə xidmətlərinin göstərilməsi artıq təşkil olunub. Lakin əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi böyük qayıdış prosesinə ciddi əngəl törədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 300-dən çox vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, bizim səhiyyəmiz üçün də ciddi problemdir”, - deyə nazir bildirib.

Oktyabrın 26-ı yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrə davam edəcək.

Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
Hamısı