Avropa İttifaqının dəstəyi ilə Şirvanda peyvəndlənmə ilə bağlı təlim keçirilib

Sağlamlıq 23:29 27.10.2023

Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) oktyabrın 27-də Avropa İttifaqının maliyyə dəstəyi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında peyvəndlənmə ilə bağlı maarifləndirmə tədbiri keçirib.

 

“Report”un Aran bürosunun məlumatına görə, “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adı ilə keçən tədbir ÜST-nin Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə də apardığı sıx əməkdaşlıq çərçivəsində təşkil olunub. Təlim ÜST-nin “Avropa İmmunlaşdırma Gündəliyi 2030” təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.

 

Təlimin məqsədi tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq, doğru bilinən yanlışlıqlara aydınlıq gətirmək və xəstəliklərdən qorunmaqda vaxtında vurulan peyvəndin əhəmiyyətini elmi sübutlar əsasında diqqətə çatdırmaqdır.

 

Tədbirdə AzPC-nin İdarə Heyətinin sədri Erkin Rəhimov, ÜST-nin Azərbaycandakı ölkə ofisinin “Vaksinasiya Dəstək” layihəsinin rəhbəri Sevinc Həsənova, TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri Nahidə Mahmudova, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNICEF-in mütəxəssisi Vəfa Ağayeva və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmov çıxış edərək peyvəndin uşaqların sağlamlığının qorunmasında mühüm rola malik olduğunu vurğulayıblar. Mütəxəssislər valideynlərə və tibb işçilərinə müraciət edərək bu məsələdə uşaqlara qarşı daim diqqətli olmağı və peyvəndlə bağlı rəsmi, etibarlı mənbələrə etibar etməyi tövsiyə ediblər.

 

Daha sonra tədbirin birinci hissəsində Şirvan şəhərində yaşayan və peyvənd vaxtını gecikdirən 7 yaşa qədər uşaqların valideynləri ilə görüş keçirilib.

 

Günün ikinci yarısında isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün peyvəndlə əlaqədar mühüm mövzularda sessiyalar keçirərək geniş məlumat veriblər. Sessiyalar rutin vaksinasiya, peyvənd tərəddüdü, peyvəndlə qarşısı alına bilən müxtəlif xəstəliklər üzrə mövzuları əhatə edib. Bundan başqa, tibb işçilərinin peyvəndlənmə ilə bağlı biliklərini yoxlamaq və tədbirin səmərəliliyini qiymətləndirmək məqsədilə təlimdən əvvəl və sonra onlayn test keçirilib.

 

Tədbirdə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, həmçinin Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, İmişli və Kürdəmir rayon mərkəzi xəstəxanalarının, eyni zamanda bu bölgələrdə yerləşən bir sıra dövlət tibb müəssisələrinin pediatrları, terapevtləri, vaksinatorları və tibb bacıları iştirak ediblər.

 

Sonda valideynlərə və tibb işçilərinə sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, maarifləndirmə tədbiri növbəti aylarda Avropa İttifaqının dəstəyi ilə ÜST, AzPC və TƏBİB tərəfindən ölkənin 5 şəhərində yenidən təşkil olunacaq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı