Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır və ölüm nisbəti yüksəkdir.
Ednews xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinq zamanı məlumat verib.
“Bu virus xüsusilə, immuniteti zəif olan şəxslər və uşaqlar üçün təhlükəli hesab edilir. Hazırda meymunçiçəyinə qarşı xüsusi vaksin yoxdur, lakin virusa yoluxmuş xəstələr üçün dəstəkləyici müalicələrdən istifadə olunur. Virus əsasən təmas yolu ilə yayılır”, - ÜST rəsmisi bildirib.