Nəsimi rayonunda obyektlərin birindən 10 min manat dəyərində elektrik naqilləri oğurlanıb.
EDnews xəbər verir ki, hadisə ilə bağlı polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.





