Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.
EDnews xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:
"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".
Böyük Britaniyada Azərbaycan icmasının görkəmli nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri, əziz və dəyərli doktor Əli Tekin Ataların vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
— Embassy of Azerbaijan, London (@AzerbaijaninUK) July 3, 2026
Uzun illər ərzində Əli Tekin Azərbaycanın Böyük… pic.twitter.com/fz22etAR6i





