Ermənistan parlamenti xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran qanunu qəbul edib.
EDnews xəbər verir ki, bu barədə Ermənistan KİV yazıb.
Qeyd olunub ki, dəyişikliklərə əsasən, parlamentə seçkilərdə səsvermə hüququ yalnız seçki gününədək 18 yaşına çatmış və səsvermədən əvvəlki 730 gün ərzində ən azı 366 gün faktiki olaraq ölkə ərazisində yaşamış Ermənistan vətəndaşlarına veriləcək.
Növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda isə həmin müddətin hesablanması səsvermədən əvvəlki 28-ci gündən başlayacaq.






