Avropa İttifaqı Şurası altı rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib.
EDnews xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub.
Bildirilib ki, sözügedən alimlər Rusiya müxalifətinin lideri Aleksey Navalnının öldürülməsində istifadə olunan “epibatidin” adlı kimyəvi maddənin yaradılmasında iştirak ediblər.
Bununla da, Aİ tərəfindən kimyəvi silahların yayılmasının qarşısının alınması ilə bağlı sanksiya qoyduğu şəxslərin sayı 31 nəfərə çatıb.
Qeyd edək ki, Aleksey Navalnı 2024-cü ildə həbsdə olarkən ölüb.






