Dünyanın ən bahalı, ən qədim, ən kiçik kitabları FOTOLAR

Maraqlı 15:20 02.05.2017

Dünyanın ən bahalı, ən qədim, ən kiçik, ən çox oxunan, ən qalın, ən sirli kitablarını təqdim edirik.

Dünyanın ən bahalı kitabı

 

“Lester kodeksi” Leonardo Da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Qeyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcılığı və s. öz əksini tapmışdır.

Dünyanın ən qədim kitabı

 

“Diamond Sutra” dünyanın ən qədim nəşr olunmuş kitabı hesab olunur. Kitab Budda və onun tələbələri arasındakı dialoqlardan bəhs edir. Hərflər və şəkillər əvvəl taxta lövhə üzərində işlənilib, daha sonra rənglənərək kağıza köçürülüb.

Dünyanın ən kiçik kitabı

 

Gözlə görmək çətindir. Yaponiyada nəşr olunan bu kitab 0.74x0.75 ölçüsündədir və dünyanın ən kiçik kitabı hesab olunur. Kitabın adı “Shiki no Kusabana”dır (“Mövsüm çiçəkləri”) və 22 səhifədən ibarətdir. Kitab 0.01 millimetr yazı ölçüsü ilə yazılmış çiçək illüstrasiyalarından ibarətdir.

Dünyanın ən çox oxunan kitabı

 

İncil dünyanın ən çox oxunan kitabıdır. Ginnesin Rekordlar kitabında yer alan təxmini məlumata görə kitab 5 milyard nüsxə çap olunub. “Dünya İncil Cəmiyyəti”nə görə hər il o siyahıya 20 milyon İncil nəşri əlavə olunur. Kitab 2500-dən artıq dilə tərcümə olunub. Bu özü də bir rekorddur.

Dünyanın ən çox oxunan romanı

 

Yel dəyirmanlarına qarşı mübarizə aparan Don Kixotun macərası 400 ildən çox bir vaxt ərzində oxucuları həmişə həyəcana gətirib. Riçard Ştraus və ya Pablo Pikasso kimi sənətçilər də bu romandan ilhamlanıblar. Servantesin müəllifi olduğu “Don Kixot” 500 milyon dəfə nəşr olunub. Bu ikinci ən çox nəşr olunan “Harry Potter” kitabından 100 milyon dəfə çoxdur.

Dünyanın ən qalın kitabı

 

Dünyanın ən qalın kitabı Aqata Kristinin “Miss Marple” kitabı hesab olunur. Kitabın qalınlığı 32 sm, ağırlığı 8 kiloqramdır. Detektiv 4032 səhifəlik kitabda 32 hadisəni, oğurluğu və başqa cinayətləri araşdırır. Harper Collins şirkəti bu kitabdan cəmi 500 nüsxə çap edib.

Dünyanın ən sirli kitabı

 

Etel Voyniçin bu kitabında tamamilə bilinməyən yazı dilindən istifadə edilib. Kitabda naməlum bitkilər, bir-birinə keçirilmiş borular və vannada oturmuş çılpaq qadın şəkilləri də daxil olmaqla bir sıra maraqlı illüstrasiyalar yer alıb.

Dünyanın ən məhsuldar yazarı

 

Daha çox sayentologiyanın yaradıcısı kimi tanınan L. Ron Hubbard Ginnesin Rekordlar kitabına görə əsərləri ən çox nəşr olunmuş yazardır. Səsli kitab rekordunda birincidir. O, gəncliyində Çinə və Hindistana səfər etmiş, buddist rahiblərdən ruhun mahiyyəti ilə bağlı bilgilər almış, onların bir çox ideyalarını mənimsəmişdir. Geniş fantaziyaya malik Hubbard yazıçılıqla da məşğul olur, mətbuatda məqalələrlə çıxış edirdi. Sonralar o, fəaliyyətini genişləndirərək, sayentologiya təlimini yaratdı. (Kulis.az )

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Bəzi yerlərə leysan və qar yağıb, Şahbuza dolu düşüb
10:40 15.05.2025
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
10:20 15.05.2025
İsveçin Latviyadakı NATO kontingenti ekoloji və sanitar problemlərlə üzləşib
10:19 15.05.2025
“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub
10:11 15.05.2025
Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib
10:01 15.05.2025
Bakıda növbəti Autizm Festivalı keçiriləcək
06:06 15.05.2025
San Fransiskoda “ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumu” keçirilir
05:37 15.05.2025
Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
03:16 15.05.2025
“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb
01:11 15.05.2025
“Qalatasaray” Türkiyə Kubokunun qalibi olub
00:14 15.05.2025
Bu gün Beynəlxalq İqlim Günüdür
00:03 15.05.2025
BAMF Himayəçilik Şurasının 2025-ci ildəki ikinci iclası keçirilib
14:59 14.05.2025
Pərdənin O Üzü: Merilin Monro və Azad Qadının Səhnəsi
13:53 14.05.2025
Yaponiyada hərbi təyyarə qəzaya uğradı
13:17 14.05.2025
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
13:14 14.05.2025
Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək
13:12 14.05.2025
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
13:05 14.05.2025
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək
13:01 14.05.2025
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
12:56 14.05.2025
Günəşdə güclü partlayış baş verib
12:49 14.05.2025
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
12:46 14.05.2025
Perunun hökumət başçısı istefa verib
12:43 14.05.2025
"İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik"
12:38 14.05.2025
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
12:32 14.05.2025
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
12:29 14.05.2025
Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
12:25 14.05.2025
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
12:18 14.05.2025
Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb
12:08 14.05.2025
Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib
12:04 14.05.2025
Azərbaycanlı skripkaçının növbəti uğuru
12:01 14.05.2025
Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub
11:58 14.05.2025
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
11:55 14.05.2025
Tramp Suriyanın keçid dövrü prezidenti ilə görüşüb
11:47 14.05.2025
ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
11:36 14.05.2025
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
11:33 14.05.2025
Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
11:28 14.05.2025
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
11:17 14.05.2025
Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
11:08 14.05.2025
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
10:55 14.05.2025
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
10:49 14.05.2025
Hamısı