Şimşək çaxmasının yağışların yağmasına xeyiri varsa, insan həyatı üçün təhlükəsi də var. Bəzən insanlar düşünürlər ki, təhlükə yalnız ildırımlı havada gəznəklə bitir. Lakin ildırımın təhlükəsi ilə bağlı bir çox bilinməyən vacib məqamlar da var: Məsələn, ağacın altında dayanmamaq, metal əşyanı yanında gəzdirməmək və s. Lakin daha bilmədiyimiz bir məqam da ildırım çaxan zaman duş qəbul etməyin riskli olmasıdır.
Təhlükəli olan nədir?
Şimşək çaxan zaman duş qəbul etməmək fikri bir qədər gülməli səslənə bilər. Düşünürsünüz ki, siz içəridəsiniz və ətrafınızdakı evin qalın divarları size qoruyur. Lakin bilmirsiniz ki, ildırım şiddətlə çaxdığı zaman siz həm də güclü elektrik şokuna məruz qala bilərsiniz. Çünki ildırımın əmələ gətirdiyi elektrik cərəyanı evinizə təmas etsə, o, çox güman ki, su boruları vasitəsilə də keçəcək.
İldırımın vurma ehtimalı azdır, lakin heç vaxt sıfıra bərabər deyil. Təbii ki, nə etdiyinizdən asılı olaraq, vurma şansı bir qədər arta bilər - hətta evinizin içində olsanız belə. Bunun səbəbi ildırımın müsbət və mənfi boşalmalara əsaslanmasıdır. Və ildırım vurduqda, bu boşalmaların yaratdığı enerji harasa getməlidir.
Elnur Ənvəroğlu