85 yaşlı Mavis Patterson velosipedlə səyahətə çıxıb. Britaniyalı qadın gənc yaşlarda dünyasını dəyişən üç oğlunun xatirəsinə 1600 km yol qət edib.
Ednews “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bir ay Şotlandiyada səyahətdə olan Patterson sosial şəbəkələrdə “nənə Maffi” ləqəbi ilə tanınıb. Britaniyalı yaşlı səyahətçi aprelin 29-da yola düşüb və mayın 28-də səfərini tamamlayıb.
“Nənə Maffi” vəfat edən üç övladının xatirəsinə dörd il ərzində Makmillian Xərçəng Fonduna dəstək olmaq üçün 75 min dollar toplayıb.
50 yaşında sürməyi öyrənən qadın Kilimancaro dağına da velosipedlə qalxıb.
Patterson 2019-cu ildə velosipedlə ən uzun məsafə qət edən ən yaşlı qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Törə Zeynal